Kateqoriya
Axtar
Şəhər
Qiyməti

Texnika icarəsi

Avtokran icarəsi

XCMG QY 70 XCT avtokran 70 tonluq yük qaldırma gücü ilə tam işlək vəziyyətdə icarəyə verilir. Bütün funksiyaları saz vəziyyətdədir və istifadəyə hazırdır. Texniki Xüsusiyyətlər - Yük qaldırma qabiliyyəti: 70 ton -

100 Azn
Haulotte 16TPX qaldırıcı qurğu icarəsi

Dizel mühərrikli Haulotte H16TPX teleskopik səbət platforma (Manlift) icarəyə verilir. Texnika yüksəklikdə aparılan montaj və tikinti işləri üçün nəzərdə tutulub, operator xidməti də daxildir. Texniki Göstəricilər -

4800 Azn
Genie Z45 qaldırıcı qurğu icarəsi

Genie Z-45 artikulirli boom lift, 16 metrlik iş hündürlüyü və 7.5 metrlik üfüqi çatımı ilə tikinti, zavod, anbar və servis işlərini effektiv şəkildə həyata keçirir. Platforma 227 kq daşıma qabiliyyətinə malikdir və

4500 Azn
Beton qarışdıran maşın icarəsi

WOKIN betonqarışdıran tikinti və təmir işləri üçün icarəyə verilir. Fundament, hörgü və digər tikinti işləri üçün əla seçimdir. Avadanlıq haqqında - Tam işlək və saz vəziyyətdə - Rahat və sürətli istifadə imkanı -

45 Azn
Lgmg 1413 səbət icarəsi

LGMG AS1413 elektrik mühərrikli qayçı tipli qaldırıcı səbət platforma icarəyə verilir. Texnika montaj və yüksəklikdə iş əməliyyatları üçün nəzərdə tutulub. Texniki Xüsusiyyətlər - Qaldırma gücü: 320 kq - İş hündürlüyü:

2600 Azn
Səbət icarəsi

Hündürlükdə aparılan montaj və təmir işləri üçün səbət icarəsi təklif edirəm. Elektrik xətləri, reklam lövhələri, fasad işləri və digər yüksək nöqtələrdə görülən işlər üçün uyğundur. Təqdim edilən avadanlıq - Səbət

100 Azn
Avtokar icarəsi

Əl ilə daşınması mümkün olmayan ağır və iri yüklər üçün avtokar icarəsi mövcuddur. Qısa zamanda yükləmə və yerləşdirmə işlərini həyata keçirmək üçün uyğundur. Paletli mallar, tikinti materialları və anbar məhsulları

5 Azn
Teleskopik yükləyici icarəsi

Tikinti və təsərrüfat işlərində həm qaldırma, həm də yükləmə tələb olunanda teleskopik yükləyici ən praktik seçimdir. Teleskopik yükləyici icarəyə verilir. Uzağa uzanan bom sistemi sayəsində həm hündürlüyə, həm də

100 Azn
Dizel qayçı platforma

Hündürlükdə aparılan tikinti və montaj işləri üçün sabit və güclü texnika lazımdır. Dizel qayçı platforma icarəyə verilir. Açıq sahələrdə işləmək üçün nəzərdə tutulub və güclü mühərriki sayəsində yük altında sabit qalır

100 Azn
Aluminium Scaffolding icarəsi

Hündürlükdə işləmək üçün təhlükəsiz və sabit platforma lazımdır. Aluminium scaffolding icarəsi xidməti təklif edirəm. Yüngül konstruksiya olduğu üçün daşınması və quraşdırılması rahatdır. Eyni zamanda möhkəm quruluşu

500 Azn
Digər elanlar

Texnika icarəsi dedikdə, müxtəlif sahələrdə istifadə olunan avadanlıqların müəyyən müddət üçün kirayə götürülməsi nəzərdə tutulur. Yəni texnikanı almağa ehtiyac qalmır, sadəcə lazım olan vaxt istifadə edib geri qaytarırsan. Texnika almaq böyük xərclər tələb edir. Amma icarə bu yükü ciddi şəkildə azaldır. Bir dəfə istifadə edəcəyin texnika üçün böyük məbləğ ödəmək məntiqsizdir. İcarə ilə yalnız istifadə etdiyin müddətə pul verirsən.
Bu yazıda hansı texnikaların icarəyə verildiyini, temiri.az saytında qiymətlərin necə formalaşdığını və düzgün seçim etməyin yollarını öyrənəcəksiniz.

İcarəyə verilən texnikalar hansılardır?

Qazıntı işi varsa ekskavator tələb olunur, amma dar sahədə işləyəcəksə mini ekskavator daha uyğun olur. Böyük texnika hər zaman daha yaxşı nəticə demək deyil, bəzən əksinə işi çətinləşdirir. Bu, istifadəçilərin ən çox etdiyi səhvlərdən biridir. Yük qaldırma işləri üçün kran və avtokranlar istifadə olunur. Burada əsas problem düzgün tonnaj seçilməməsidir. Çox vaxt ehtiyacdan zəif kran seçilir və nəticədə iş yarım qalır və əlavə xərc yaranır. Elektrik olmayan şəraitdə generatorlar əsas çıxış yoludur. Amma burada da güc hesablaması düzgün aparılmadıqda cihaz ya yüklənir, ya da lazım olan avadanlığı işlədə bilmir.
Eyni hal kompressorlarda da müşahidə olunur. Müxtəlif tikinti və təmir işləri üçün beton qarışdırıcılar, vibrasiya aparatları və digər köməkçi texnikalar da icarəyə verilir. Bu texnikalar kiçik görünə bilər, amma işin keyfiyyətinə birbaşa təsir edir.

Texnika icarəsi qiyməti

Temiri.az saytında qiymətlər texnikanın növünə və gücünə görə formalaşır. Generatorlar 30-50 AZN, kiçik kompressorlar 25-45 AZN, beton qarışdırıcılar isə 20-40 AZN gündəlik icarə olunur. Mini ekskavatorlar 90-130 AZN, orta güclü kompressorlar 60-100 AZN, vibro avadanlıqlar isə 50-80 AZN arası dəyişir. Ekskavatorlar 180-350 AZN, avtokranlar 200-450 AZN, böyük tikinti texnikaları isə 300-500 AZN və yuxarı qiymətlərlə icarəyə verilir.

Texnika icarəsi kimlər üçün uyğundur?

Tikinti ilə məşğul olan şəxslər üçün də bu xidmət çox rahatdır. Layihəyə uyğun texnika seçilir və iş bitdikdən sonra əlavə məsuliyyət olmadan geri qaytarılır. Burada əsas üstünlük odur ki, istifadəçi yalnız iş gördüyü texnika üçün ödəniş edir. Yeni işə başlayanlar üçün texnika icarəsi daha təhlükəsiz seçimdir. Çünki başlanğıcda böyük investisiya qoymadan işin gedişini yoxlamaq mümkündür. Əgər iş davamlı olarsa, sonradan texnika almaq daha düzgün qərar olur. Fərdi istifadəçilər də müəyyən hallarda texnika icarəsinə müraciət edir. Məsələn, həyət qazıntısı, təmir və ya ağır yük daşınması kimi işlərdə qısa müddətli texnika ehtiyacı yaranır. Bu halda texnika almaq məntiqsizdir, icarə isə problemi birbaşa həll edir.

qifil ustasi qapi ustasi