Avtomobil təmiri ustası
Avtomobil işə düşmür, start zamanı səs gəlir və ya mühərrik dayanırsa, problem həm mexaniki, həm də elektron sistemdə ola bilər. Avtomobil təmiri və diaqnostika xidməti göstərirəm. Mühərrik və transmissiya xidmətləri -
10 AznAvtomobil salonda istilik zəifdirsə, şüşələr buxarlanırsa və ya radiator tez qızırsa, problem çox vaxt peç sistemində olur. Avtomobil təmiri və maşın peçi yuyulması xidməti də göstərirəm. Tıxanmış radiator kanalları
30 AznAvtomobil sürətdə zəif dartır, qaz verəndə qara tüstü çıxır və ya turbo səsi dəyişibsə, problem turbin sistemində ola bilər. Turbo təmiri üzrə işləyirik. Nasazlıq səbəbi yoxlanılır, mexanizm açılıb detallı baxış
100 AznSürüş zamanı alt hissədən səs gəlir, maşın çalxalanır və ya sükan boşluq verir? Bu, asqı və sükan sistemində nasazlıq əlamətidir. Avtomobil təmiri üzrə işləyirəm və bu tip problemləri detallı yoxlama ilə həll edirəm
20 AznAvtomobildə işıqlar sönür, paneldə xəbərdarlıq işıqları yanır və ya start zamanı problem yaranırsa, səbəb çox vaxt elektrik sistemində olur. Avtoelektronika ustası kimi nasazlığı diaqnostika ilə müəyyən edirəm və
20 AznBu məqalədə avtomobil nasazlıqlarının necə düzgün aşkar olunduğunu, hansı xidmətlərin göstərildiyini və Temiri.az saytında qiymət aralıqları izah olunur.
Avtomobil təmiri ustası xidməti qiyməti
Avtomobil diaqnostikası - 10 AZNKompüter diaqnostikası - 15 AZN
Yağ və filtr dəyişimi - 15 AZN
Hava filtrinin dəyişdirilməsi - 10 AZN
Yanacaq filtrinin dəyişdirilməsi - 15 AZN
Şamların dəyişdirilməsi - 15 AZN
Əyləc bəndlərinin dəyişdirilməsi - 20 AZN
Əyləc diskinin dəyişdirilməsi - 25 AZN
Amortizator dəyişdirilməsi - 25 AZN
Asqı sistemində xırda təmir - 20 AZN
Şaravoy dəyişdirilməsi - 20 AZN
Sükan ucluğunun dəyişdirilməsi - 15 AZN
Podşipnik dəyişdirilməsi - 25 AZN
Kəmər dəyişdirilməsi - 20 AZN
Radiator təmiri - 25 AZN
Termostat dəyişdirilməsi - 20 AZN
Starter təmiri - 30 AZN
Generator təmiri - 30 AZN
Mühərrikdə yağ sızmasının aradan qaldırılması - 30 AZN
Mühərrikdə xırda təmir - 40 AZN
Sürətlər qutusunda xırda təmir - 50 AZN
Avtomobil təmiri ustası xidmətlərinə nələr daxildir?
İlk mərhələdə diaqnostika aparılır və problem dəqiq müəyyən edilir. Məsələn, avtomobil zəif çəkirsə bu hər zaman mühərrik problemi demək deyil, bəzən yanacaq sistemi və ya sensorlar səbəb olur. Dəqiq səbəb tapılmadan edilən müdaxilə sadəcə vaxt itkisi yaradır. Mühərriklə bağlı işlər bu xidmətin əsas hissəsidir. Yağ sızması, güc itkisi, səs və titrəmə kimi hallar burada həll olunur. Əgər mühərrik düzgün işləmirsə, avtomobil ümumiyyətlə stabil olmur. Sürətlər qutusu və transmissiya sistemi də yoxlanılır. Sürət dəyişərkən gecikmə və ya zərbə hiss olunursa, bu artıq ciddi yanaşma tələb edən problemdir.Elektrik sistemi də vacib sahələrdən biridir. İşıqların işləməməsi, sensor xətaları və digər elektron problemlər sürücünü çətin vəziyyətdə qoyur. Bu tip nasazlıqlar adətən gözlə görünmür və yalnız düzgün yoxlama ilə aşkar edilir. Asqı və amortizator sistemi də yoxlanılır. Çünki avtomobilin yolda stabilliyi və rahatlığı bu hissələrdən asılıdır.





